Gündəm / Siyasət / Cəmiyyət

Prezidentlik uğrunda mübarizə aparanların debat saatı AÇIQLANDI

Prezidentlik uğrunda mübarizə aparanların debat saatı AÇIQLANDI

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

"Kanal14.az" xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 22:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai Radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.