Dünya

Belarus Rusiyaya uçuşları bərpa edir

 
Belarusun "Belavia" şirkəti sentyabrın 30-dan etibarən Rusiyaya uçuşları bərpa edəcək.

Dogruxeber.az "APA-Economics"in məlumatına əsasən bildirir ki, bu barədə RİA "Novosti"yə "Belavia"nın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aviaşirkət həftədə bir dəfə Moskvanın Domodedovo hava limanına uçuşlar həyata keçirəcək: "Minskdən Moskvaya uçuşları sentyabrın 30-dan etibarən həftədə bir dəfə çərşənbə günləri başlayacaq. Aviaşirkət Rusiya tərəfindən Domodedovo aeroportuna bir aviareys üçün icazə alıb".

Qeyd edək ki, sentyabrın 23-də aviaşirkətə COVID-19 şəraitində uçuşlar zamanı Rusiya tərəfinin tətbiq edilən bütün məhdudiyyətlər barədə məlumat veriləcək.