Gündəm / Dünya

Hindistanda müsəlman məktəblərində müəllimlərin ödənişi dayandırılıb

Hindistanda müsəlman məktəblərində müəllimlərin ödənişi dayandırılıb

Hindistanın Uttar Pradeş əyalətində müsəlman məktəblərində çalışan təxminən 21 min müəllimin maaşları kəsilib.

"Kanal14.az" xəbər verir ki, Hindistanda müsəlman məktəblərində çalışan təxminən 21 min müəllimin maaşları kəsilib. 

Müsəlman məktəbləri ilə məşğul olmaq üçün forum yaradan müəllimlərdən biri Samiullah Xan qeyd edib ki, Hindistan hökuməti 1990-cı illərdə ölkədə mədrəsə təhsilini müasirləşdirmək üçün proqrama start verib və bu proqram çərçivəsində müəllimlərə ayrılan vəsait son bir neçə ildə kəsilib.

Hindistanda azlıqların məktəblərində çalışan müəllimlərin 72 ilə 144 dollar arasında maaş aldığını bildirən Xan, mərkəzi hökumətin 2018-ci ildən etibarən bu vəsaitlərdə ixtisarlar etdiyini bildirib.

Xan, buna görə əyalət hökumətinin 2023-cü ilin dekabr ayından müəllimlərə maaş verə bilmədiyini bildirib.

Uttar Pradeş mədrəsə təhsil şurasının sədri İftixar Əhməd Caved, "Bu qərar tələbələrlə yanaşı müəllimlərə də təsir edir" deyib.

Onların səyləri sayəsində yüzlərlə insanın təhsil almasına yol açdıqlarını bildirən Caved problemin həlli üçün səlahiyyətlilərlə əlaqə saxladığını bildirib.

Ödənişlərin dayandırılması səbəbindən təxminən 21 min müəllimin işsiz qalacağı iddia edilir.