Gündəm / Siyasət / Dünya

ABŞ İrəvanla Bakı arasında sülh üçün çalışır

ABŞ İrəvanla Bakı arasında sülh üçün çalışır

ABŞ İrəvanla Bakı arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanır.

"Kanal14.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə bildirib.

"Biz Ermənistan və Azərbaycan arasında sabit sülhün mümkün olduğuna inanmaqda davam edirik. Bu, departamentimizin üzərində işləməyə davam edəcəyi bir şeydir. Luis Bono, dövlət katibi və başqaları bunu fəal şəkildə davam etdirirlər", - deyə diplomat qeyd edib.