Gündəm / Siyasət / Cəmiyyət

"Bakıya göndərilən son variantda çox əsas müddəalar var" - Komitə sədri


Bizim Azərbaycandan və danışıqlar prosesindən gözləntimiz ondan ibarətdir ki, Azərbaycan öz razılığını bir daha təsdiqləyəcək və bu parametrləri işlək qaydada müzakirə etmək mümkün olacaq.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib.

O, qeyd edib ki, Ermənistan bu prinsiplərdə israr edəcək: "Bakıya göndərilən sonuncu variantda bizim üçün çox əsas olan müddəalar yer alıb. Sülh müqaviləsinin bizim variantında ifadə olunan prinsiplər Azərbaycan tərəfindən məqbul olanda, o zaman sülh müqaviləsini imzalamaq mümkün olacaq, o prinsiplərdən biri də ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasıdır", - deyə Xandanyan qeyd edib.

O, Zəngəzur dəhlizi ilə bağlı müzakirələri şərh edərkən bildirib ki, bu, mühüm prinsiplərdən biridir: "Blokun açılması prosesi bizim üçün çox vacibdir, biz dəfələrlə demişik ki, bu prosesin parametrləri və prinsipləri var. Bu prinsiplər ölkələrin yurisdiksiyası, qanunvericilik və bərabərlikdir. Bu prinsiplər müqavilədə qeyd olunmalıdır, ötən ilin iyulunda bununla bağlı razılaşma var idi".