Gündəm / Siyasət

"Ermənistan ilin sonuna kimi sülh müqaviləsini imzalamağa hazırdır" - Erməni deputat


Ermənistan ilin sonuna kimi sülh müqaviləsini imzalamağa hazırdır.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan deyib. 

"Ermənistanın qaldırdığı və razılıq əldə etdiyi bütün fundamental məsələlər bir daha təsdiqlənsə və sülh sazişində öz yerini taparsa, ondan sonra sülh sazişinin imzalanması artıq texnika məsələsidir.

"Ermənistanın ötən dəfə Bakıya göndərdiyi təkliflər, əgər o formada sülh sazişi ilə bağlı saziş olarsa, müqavilənin ilin sonunda imzalanacağı istisna edilmir. Amma praktikada işlərin necə olacağını gözləmək lazımdır", - deyə deputat bildirib.