Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Ermənistan Brüsselə gəlib sülh müqaviləsini imzalamağa hazırdır" - Qriqoryan

Ermənistan Brüsselə gəlib sülh müqaviləsini imzalamağa hazırdır

Ümid edirik ki, yaxın gələcəkdə liderlər səviyyəsində görüş mümkün olacaq.

"Kanal14.az" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə deyib.

O qeyd edib ki, Ermənistan Brüsseldə keçiriləcək üçtərəfli görüşə hazırdır: " Ermənistan sülhə hazırdır. Biz sülh müqaviləsi üçün mandat almışıq. Bu məqamda biz Ermənistanla Azərbaycan arasında sərhədin dəqiqləşdirilməsini və blokadadan çıxarılmasının dörd prinsip əsasında həyata keçirilməsini istəyirik.

Bunlar bizim danışıqları yekunlaşdırmağa, eləcə də mövcud olan bütün humanitar problemləri həll etməyə hazır olduğumuz mühüm prinsiplərdir. Mühüm məsələlərdən biri də əsirlərin qaytarılması və sülhün bərqərar olmasıdır.

Ermənistan bu gündəmlə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə gəlib sülh müqaviləsini imzalamağa hazırdır".