Gündəm / Siyasət / Cəmiyyət / Sosial

"Sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq" - Qriqoryan


Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh sazişi ilə bağlı danışıqların keçirilməsinə ümid edir.

"Kanal14.az" xarici KİV-ə  istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

"Delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq". 

Həmçinin Qriqoryan yaxın vaxtlarda onunla Hikmət Hacıyev arasında görüşün baş tutacağını bildirib.

"Bu görüş və digər məsələlər müzakirə olunur... Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq və biz irəliyə gedə biləcəyik, xarici işlər nazirlikləri bu işdə işləyirlər. Yaxın gələcəkdə irəliləyişlərimiz olacaq".