Gündəm / Dünya

Rusiya 50 birləşmə və hərbi hissə yaradıb

Rusiya 50 birləşmə və hərbi hissə yaradıb

Rusiya sənayesi 2022-ci ildən bəri tankların istehsalını 5,6 dəfə, pilotsuz təyyarələrin istehsalını isə 16,8 dəfə artırıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlik 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinin fəaliyyətinin yekunlarına həsr olunmuş məlumatda bildirib ki, 2022-ci ilin fevralından tankların istehsalı 5,6 dəfə, piyadaların döyüş maşınlarının istehsalı 3,6 dəfə, zirehli transportyorların istehsalı isə 3,5 dəfə artıb.

Həmçinin, pilotsuz təyyarələrin istehsalının 16,8 dəfə, artilleriya sursatlarının istehsalının isə 15,5 dəfə artdığı bildirilir.

Hərbi idarənin məlumatına görə, Rusiya Federasiyası Silahlı Qüvvələri iki birləşmiş silahlı ordu, aviasiya korpusu və 50 birləşmə və hərbi hissə yaradıb.