Gündəm / Dünya

Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI

 

Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI

 

 

Ötən gecə ərzində operativ-taktiki və hərbi aviasiya Ukraynanın 44 hərbi obyektinə zərbələr endirib.

Kanal14.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

General bildirib ki, onların arasında 4 komanda məntəqəsi, Nalivaykovka və Zoloçeva yaşayış məntəqələri ərazilərində 2 reaktiv yaylım atəşi sistemi qurğusu, 6 Buk M-1 zenit-raket kompleksi, aviasiya-raket kompleksləri, Vışqorod vilayətində 3 "Msta-B” artilleriya qurğusu, 4 raket və artilleriya silahı və sursat anbarı, həmçinin hərbi texnikanın toplandığı 23 yer var.

O qeyd edib ki, Çernobaevka və Tsirkuni yaşayış məntəqələri üzərində havada daha iki Ukrayna pilotsuz uçuş aparatı vurulub.

"Xüsusi əməliyyat başlayandan indiyədək Ukraynanın 216 pilotsuz uçuş aparatı, 180 zenit-raket kompleksi, 1506 tank və digər zirehli döyüş texnikası, 152 reaktiv yaylım atəşi sistemi, 592 səhra artilleriya qurğusu və minaatan, 1284 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - Konaşenkov vurğulayıb.