Gündəm / Dünya

Kim Çen In ABŞ və Cənubi Koreyanın paytaxtlarını məhv etməklə hədələdi

Kim Çen In ABŞ və Cənubi Koreyanın paytaxtlarını məhv etməklə hədələdi

Şimali Koreya lideri Kim Çen In qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları - Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.

"Kanal14.az" xəbər verir ki, onun çıxışını Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayımlayıb.

"Yoldaş Kim Çen In inqilabımızın amansız irəliləyişi ilə ABŞ-ın ölməkdə olan hiylələrinin və onun qarşısını almağa çalışan Koreya Respublikasının ünsürlərinin daha da güclənəcəyini deyib və vurğulayıb ki, ordumuz düşmənləri amansızcasına darmadağın etməlidir", KCNA-nın məlumatında bildirilir.

Qeyd olunur ki, Kim Çen In düşmənlərini məhv etmək üçün bütün "super güclü silahlar" arsenalından istifadə etməyə hazırdır.