Gündəm / Siyasət / Dünya

İrəvan suverenliyini itirə bilər - Lavrovdan Ermənistana xəbərdarlıq

İrəvan suverenliyini itirə bilər - Lavrovdan Ermənistana xəbərdarlıq

Rusiya ümid edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsini dərk edir. 

"Kanal14.az" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Ümid edirəm ki, İrəvan alyansla əməkdaşlığın dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə gətirib çıxardığını anlayır", - Rusiya XİN rəhbəri bildirib.

Lavrovun sözlərinə görə, bu il Ermənistan alyansla birlikdə onlarla tədbirdə iştirak edib: "Respublika silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları Şimali Atlantika blokunun bəzi ştatlarında təlim keçir. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni tərəfdaşlarımızın diqqətini çəkmişik ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək, eləcə də "parçala və idarə et” sxeminə görə manipulyasiyalar üçün şərait yaratmaqdır".