Gündəm / Hadisə / Dünya

Nigeriyada kəndlərə silahlı hücum edildi - 100-dən çox ÖLÜ

Nigeriyada kəndlərə silahlı hücum edildi - 100-dən çox ÖLÜ

Nigeriyanın mərkəzində kəndlərə edilən silsilə hücumlar nəticəsində azı 113 nəfər həlak olub.

"Kanal14.az" xəbər verir  ki, bu  barədə AP məlumat yayıb.

Plato əyalətinin Bokkosi şəhərində yerli hökumətin sədri Mondei kassa şənbə günündən bazar ertəsi səhərə qədər davam edən döyüşlərdə 113 nəfərin öldüyünü təsdiqləyib. Onun sözlərinə görə, quldurlar ölkənin ən azı 20 müxtəlif yaşayış məntəqəsində "yaxşı əlaqələndirilmiş” hücumlar həyata keçirib.

Kassa əlavə edib ki, silahlı hücumlar nəticəsində 300-dən çox adam yaralanıb. Onun sözlərinə görə, yaralılar üç yerli xəstəxanaya aparılıb.

Eyni zamanda yerli başçı Danjuma Dakila Bokosidə başlayan hücumların daha sonra yaxınlıqdakı Barkin Ladiyə keçdiyini və burada 30 qurbanın cəsədinin tapıldığını bildirib.