Gündəm / Cəmiyyət / Sosial

Sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək

Sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək

"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında "İşsizlikdən sığorta haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə edilib. Təklif olunan dəyişikliklərə əsasən, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək".

"Kanal14.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hər uşaq üçün əlavə 5 faiz ödənilir:

"İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək. Müzakirələr zamanı təklif etdim ki, ailədə əlilliyi olan uşaqlar üçün daha yüksək əlavələr ödənilsin. Ailədə əlilliy olan uşaq varsa, ailə başçısına işsizlikdən sığorta təyin edilirsə, o zaman əlavə 5 faiz deyil, 10 faiz hesablanması daha məqsədəuyğun olardı. Bu imkan verər ki, ailələrə ödənilən sığorta məbləği daha yüksək olsun. Bu həmin ailələrin sosial təminatının daha da gücləndirilməsi baxımından vacibdir. Qeyd edim ki, təklifin qanunvericilikdə öz əksini tapması üçün müvfiq dövlət qurumları ilə müzakirələr davam etdiriləcək".