Gündəm / Dünya

İsrailin ağ fosfor bombaları var?

İsrailin ağ fosfor bombaları var?

İsrail ordusu inventarında ağ fosfor olan tüstü bombalarının olduğunu açıqlayıb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Açıqlamada, "Bizim ağ fosfor ehtiva edən, kamuflyaj məqsədi ilə hazırlanmış, hücum və ya yanğın törətmək məqsədi daşımayan tüstü bombalarımız var", - qeyd olunub. 

Həmçinin,  açıqlamada  İsrail ordusunun bir çox Qərb ordusu kimi beynəlxalq hüquqa görə qanuni olan ağ fosfor ehtiva edən tüstü bombalarına sahib olduğu qeyd edilərək, bunların qanuni olaraq yandırıcı silah olaraq təyin olunmadığı iddia edilib.