Gündəm / Siyasət / Dünya

Rusiya və İran dövlətlərarası saziş imzalaya bilər

Rusiya və İran dövlətlərarası saziş imzalaya bilər

Rusiya və İran yaxın vaxtlarda Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonası haqqında saziş və dövlətlərarası saziş imzalayacaq.

"Kanal14.az" xəbər verir ki, bunu "Rossiya-1” telekanalında Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Novakın qeyd etdiyi kimi, yaxın gələcəkdə tərəflər bir sıra mühüm sənədlər imzalayacaqlar.

"Dekabrda İran və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonası haqqında saziş olacaq və biz də yaxın gələcəkdə əsas sənədə nail olacağıq - bu, dövlətlərarası razılaşmadır", - baş nazirin müavini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi ticarət-iqtisadi münasibətlərin bütün zəncirini, həmçinin maliyyə-bank münasibətləri və hesablaşmaları təfərrüatı ilə müzakirə etmişlər.

Bundan əvvəl Putin Rusiya ilə İran arasında münasibətlərin inkişaf dinamikasını çox yaxşı adlandırıb. Onun sözlərinə görə, Ayətullah Əli Xamenei ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib.