Gündəm / Siyasət / Dünya

Rusiya və İran bu barədə saziş imzaladı

Rusiya və İran bu barədə saziş imzaladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada baş tutan danışıqlarda birtərəfli sanksiyalara qarşı mübarizə haqqında saziş imzalayıblar.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya XİN açıqlayıb.

Sənədin rəsmi adı "Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Bəyannamə"dir.