Gündəm / Hadisə / Dünya

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Yazdığı məqaləyə görə "böhtan" ittihamı ilə 2 il 6 ay həbs cəzası verilən jurnalist Nazlı Ilıcak cəzasını çəkmək üçün 1 saylı Sakarya Həbsxanasına gedərək təslim olub.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist 2016-cı ildə yazdığı məqaləyə görə İstanbul 15-ci Asliye Cəza Məhkəməsində mühakimə olunub.

Daha əvvəl İstanbul Ağır Cəza Məhkəməsində baxılan "casusluq" işi ilə bağlı hələ də sınaq müddəti olan Ilıcakın "böhtan" işi üzrə cəzası da kəsilib.