Gündəm / Siyasət / Dünya

23 ildən sonra İrana ilk rəsmi səfər

23 ildən sonra İrana ilk rəsmi səfər

İran prezidenti İbrahim Rəisi kubalı həmkarı Migel Diaz Caneli Tehranda qarşılayıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

Kuba prezidenti Tehrana İranın yüksək rütbəli rəsmiləri ilə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı danışıqlar aparmaq üçün səfər edib. 

Bu, Kubanın mərhum prezidenti Fidel Kastronun 23 il əvvəlki səfərindən sonra İrana ilk səfərdir.