Gündəm / Siyasət / Dünya

Rusiya Mərkəzi Bankının rəhbəri İrana səfər edəcək

Rusiya Mərkəzi Bankının rəhbəri İrana səfər edəcək

Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina yaxın vaxtlarda İrana səfər edəcək.

"Kanal14.az" "İRNA"ya istinadən bildirir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskvanın "Parlemanskaya qazeta" qəzetinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, bu cavab səfəridir, İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin 2022-ci ildə Moskvaya səfərə gəlib. Yanvar ayında Farzin iki ölkənin mərkəzi banklarının ölkələr arasında maliyyə və bank əməliyyatlarının asanlaşdırılması sahəsində əməkdaşlıq haqqında saziş imzaladığını bildirib.

Hazırda iki mərkəzi bankın bir qrup mütəxəssisi Moskva və Tehranda daxili maliyyə mesajlaşma sistemləri Mir və Şetabı birləşdirmək üçün işləyir. Sistemin işə salınması, İran səfirinin qeyd etdiyi kimi, hələ 2023-cü ildə mümkündür.

Kanal14.az
Nizami Təhməzov