Gündəm / Cəmiyyət / Sosial

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

 "Gündəlik həyatda insanın özünü taqətsiz, halsız, yuxulu hiss etməsinə, hər hansı bir işi görmək üçün enerjinin olmamasına yorğunluq kimi baxılır".

"Kanal14.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, tarapevt Nahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, əgər bir insan fiziki iş gördükdən sonra, yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu normal hal hesab edilir.

"Müayinə zamanı heç bir xəstəlik müşahidə olunmursa, istirahət etməsinə baxmayaraq, insan özünü halsız hiss edirsə və 6 ay ərzində halsızlıq getdikcə daha da artırsa, bu vəziyyət xroniki yorğunluq sindromu adlanır. Xroniki yorğunluq sindromunda yorğunluq, halsızlıq, yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir", - N.Məhərrəmov vurğulayıb.

Ekspert bildirib ki, xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik müalicə olunduqdan sonra aradan qalxır.