Gündəm

58 yaşlı kişi öldü — Metroda hadisə (FOTO)

http://olke.az/uploads/1550641118/metroqatar.jpg
 
Bir neçə dəqiqə əvvəl Bakı metrosunda ölüm hadisəsi baş verib.

"Kanal14.az" Qafqazinfo-a istinadən xəbər verir ki, Nəriman Nərimanov stansiyasında 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Hidayət Şaban oğlu qəfil özünü pis hiss edib. 

Təcili Tibbi Yardım əməkdaşları gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

H. Ömərovun həyat yoldaşı və bacısı da yanında olub.