Gündəm / Dünya

HƏMAS İsrailə atəşkəs müqabilində ölü girovlar təqdim etdi

HƏMAS İsrailə atəşkəs müqabilində ölü girovlar təqdim etdi

Qəzza zolağında humanitar atəşkəsin vaxtı uzadılıb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Fələstinin radikal HƏMAS hərəkatı açıqlayıb. 

Bundan əvvəl İsrail ordusu məhbusların azad edilməsinin davam etdirilməsi üçün vasitəçilik səyləri fonunda atəşkəsin uzadıldığını açıqlamışdı.

HƏMAS bəyan edib ki, İsrail atəşkəsin uzadılması müqabilində girov saxlanılan 7 qadın və uşaq, eləcə də 3 ölü girovun cəsədini qəbul etməkdən imtina edib.