Gündəm / Siyasət / Dünya

“Qərb Qazaxıstanın müstəqilliyini qoruyur” — Rəsmi Astanadan Rusiya və Çinə qarşı ŞOK AÇIQLAMA


"ABŞ və Avropa İttifaqı ilə əlaqələr Qazaxıstanın öz müstəqilliyini qorumasına kömək edir”.

"Kanal14.az" Demokrat.az-a istinadən  xəbər verir ki, bunu "Politico”ya müsahibəsində Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

Onun sözlərinə görə, Qazaxıstanla Qərb arasında əlaqələrin gücləndirilməsi Rusiya və Çindən gələn təhdidləri neytrallaşdırır:

"Heç kəsə sirr deyil ki, Rusiya və Çinin Qazaxıstanın suverenliyinə qarşı olan tarixi hökmranlıq istəyi hələ də davam edir. Bu baxımdan da Qazaxıstanın Qərblə əlaqələrini gücləndirilməsi ölkəmizin regionda öz müstəqilliyini qorumasına kömək edir. 

Həm Qazaxıstanın, həm də digər Mərkəzi Asiya ölkələrinin əhəmiyyətinin Avropa İttifaqı, ABŞ və digər Qərb dövlətləri tərəfindən tanınması və bu münasibətlərin daha da möhkəmlənməsi səyləri Mərkəzi Asiyada Rusiya və Çinin təhdidlərinə qarşı balans yaradır. 

Hesab edirəm ki, Qazaxıstan dövləti Qərblə münasibətlərin daha da güclənməsinə çalışmalıdır”.