Gündəm / Siyasət / Dünya

Qazaxıstanın bütün maliyyə təşkilatlarının fəaliyyəti dayandırıldı

Qazaxıstanın bütün maliyyə təşkilatlarının fəaliyyəti dayandırıldı

Hurriyyet.az "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanın bütün maliyyə təşkilatları öz fəaliyyətlərini dayandırıblar. Bu barədə məlumatı ölkənin "Xabar 24” telekanalı Qazaxıstan Milli Bankının mətbuat katibi Oljas Ramazanova istinadla verib.

Açıqlamada deyilir: "Qazaxıstan Respublikasının Maliyyə Bazarının İnkişafı və Tənzimlənməsi Agentliyi ilə Qazaxıstanın Milli Bankı güc strukturları tərəfindən antiterror əməliyyatlarının keçirilməsini və internetdə vaxtaşırı yaranan problemləri nəzərə alaraq, bütün maliyyə təşkilatlarının fəaliyyətinin müvəqqəti olaraq dayanadırıldığını xəbər verir. Bu tədbir həm də maliyyə təşklatlarının əməkdaşlarının və müştərilərinin sağlamlıq və həyatlarının müdafiəsinə yönəlib”.