Gündəm / Hadisə / Dünya

Lars nəzarət-buraxılış məntəqəsi yenidən bağlandı

Lars nəzarət-buraxılış məntəqəsi yenidən bağlandı

Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və buzla əlaqədar yük maşınlarının hərəkəti yenidən məhdudlaşdırılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib.
​​​​​​​
Onun sözlərinə grə yüngülçəkili və sərnişin nəqliyyatının hərəkətinə icazə verilir.

Bundan əvvəl bildirilmişdi ki, Yuxarı Larsda bütün növ nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib, çoxsaylı erməni yük maşınları Rusiya-Gürcüstan sərhədini keçib.