Gündəm / Hadisə / Dünya

Türkiyədə mədən çökdü - Ölənlər var

Türkiyədə mədən çökdü - Ölənlər var

Türkiyənin cənub-şərqindəki Siirt şəhərində mis mədənində baş verən çökmə nəticəsində 3 nəfər ölüb.

"Kanal14.az"  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

"Siirtin Şirvan rayonunda mis mədənində baş verən çökmə nəticəsində 3 nəfər həlak olub. Hadisə yerində iş davam edir”, - KİV yazır.

Hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürmə briqadaları, jandarma və təcili tibbi yardım xidmətləri göndərilib.