Gündəm / Siyasət / Dünya

Paşinyan yeni parlament seçkiləri keçirmək istəyir?

Paşinyan yeni parlament seçkiləri keçirmək istəyir?

Ermənistanda gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi dairələrdə fəal söhbət gedir. Üstəlik, bu mövzu hakimiyyət tərəfindən gündəmə gətirilib. 

"Kanal14.az" xəbər verir ki,  bu  barədə "Hraparak” qəzeti məlumat dərc edib. 

"Bizə dedilər ki, Nikol Paşinyan "Mülki Müqavilə” partiyasının İdarə Heyətinin son iclaslarından birində növbəti dəfə hədələyib: əgər belə etsəniz, mən yeni seçkilər keçirəcəyəm, yenidən seçiləcəyəm, ölkənin indiki görkəmini tamamilə dəyişdirəcəyəm. Siyasi çevrələrdə istisna edilmir ki, Paşinyan bu dəfə daha inamlı danışa bilsin.  Məsələ həm də siyasi meydanı gözlənilmədən ələ keçirmək və yeni müxalifət qüvvəsinə yetişmək şansı verməməkdir”, - deyə KİV qeyd edir.