Gündəm / Siyasət / Dünya

Kanada ABŞ ilə sərhədini bağladı

Kanada ABŞ ilə sərhədini bağladı

Kanada Göy qurşağı körpüsündə avtomobil partlayışı baş verən ərazidə, eləcə də yaxınlıqdakı bir neçə başqa keçid məntəqəsində ABŞ ilə sərhədini bağlayıb.

"Kanal14.az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo parlamentdə çıxışı zamanı bildirib.

Məlumata görə, Göy qurşağı körpüsündə bir çamadan tapılıb və onun da içərisində partlayıcı qurğunun ola biləcəyi ehtimal edilir. 

Qeyd edək ki, Göy qurşağı körpüsündə avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.