Kanada Ukraynaya ağır artilleriya sistemləri göndərəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo məlumat verib.

Baş nazir hansı sistemlərin göndəriləcəyini açıqlamayıb və təfərrüatların yaxın günlərdə elan olunacağını bildirib.

Bundan əvvəl Kanada Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) məbləğində hərbi yardım göndərəcəyini açıqlamışdı. Yardım paketinə 4,5 min M-72 tank əleyhinə qumbaraatan və 7,5 minə yaxın əl qumbarası daxildir.