Gündəm / Siyasət / Hadisə / Dünya

İsrail əleyhinə danışan nazir işdən çıxarıldı

İsrail əleyhinə danışan nazir işdən çıxarıldı

İspaniyanın baş naziri Pedro Sançes İone Belarranı sosial ədalət naziri vəzifəsindən uzaqlaşdırıb.

"Kanal14.az" xarici mediaya istinadən xəbər verir ki, buna nazirin İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid etməsi səbəb olub. 

Daha əvvəl Belarra İsraili "müharibə cinayətləri” törətməkdə ittiham etmiş və İsrail rəhbərliyini Beynəlxalq Cinayət Məhkəməsində mühakimə etməyə, İspaniya vətəndaşlarını Fələstini müdafiə etmək üçün küçələrə çıxmağa çağırmışdı.

"Biz İsrail hökumətinin üzvlərinin Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılması üçün mübarizəmizi davam etdirəcəyik. Hərəkətsizlik həll yolu deyil. Bu gün və həmişə biz Fələstin xalqını İsrail dövlətinin soyqırımından müdafiə edəcəyik. Avropa bu cür ikiüzlülüyün əvəzini çox ağır ödəyəcək”, - deyə Bellara bildirmişdi.