Gündəm / Siyasət

Azərbaycan Vaşinqtonda Ermənistanla keçiriləcək görüşdən imtina etdi

Azərbaycan Vaşinqtonda Ermənistanla keçiriləcək görüşdən imtina etdi

ABŞ-ın birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər.

"Kanal14.az" Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində deyilir.

"Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”, - qeyd olunub.