Gündəm / Siyasət / Dünya

"Gürcüstanın “3+3” platforması ilə bağlı mövqeyi aydındır"


Gürcüstanın "3+3” platforması ilə bağlı mövqeyi aydındır: ölkə bu formatda iştirak etməyib, iştirak etmir və etməyəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin ictimai kanalında bildirib.

O, Gürcüstanın qonşu dövlətlər, Ermənistan, Azərbaycan və Türkiyə ilə çox yaxşı əməkdaşlığı və ikitərəfli münasibətlərinin olduğunu vurğulayıb.

Bundan əvvəl "3+3” platformasının (Ermənistan, İran, Rusiya, Azərbaycan, Türkiyə – red.) Tehranda keçirilən iclası da Gürcüstanın iştirakı olmadan keçirilib.

Həmin münasibətlə Tiflisdə qeyd olunub ki, Rusiya "Gürcüstanın rayonlarını işğal altında saxladıqca” Tbilisi bu formatda keçirilən görüşləri boykot edəcək.