kanal14.az
kanal14.az

Gürcüstanın müxalifət liderinin məhkəməsi keçirilir

Gürcüstanın müxalifət liderinin məhkəməsi keçirilir
13-04-2021, 12:04 66 dəfə baxılıb

Gürcüstanın müxalifət liderinin məhkəməsi keçirilir
Kanal14.az:  -  Tbilisi Şəhər Məhkəməsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, prosesdə siyasətçinin özü də iştirak edir.

VMHP sədrinin iki aylıq həbs müddəti aprelin 17-də başa çatdığından hakimin müddətin uzadılması barədə qərar qəbul edəcəyi gözlənilir. N.Meliyanın vəkili müdafiə etdiyi şəxsin azadlığa buraxılmasını tələb edir.

N.Meliya məhkəmənin müəyyən etdiyi girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs olunub. Müxalifətçi girovu qanunsuz hesab edir və onu ödəməyəcəyini bildirib.

Qeyd edək ki, N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 6 ildən 9 ilədək həbs gözləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA