Gündəm / Siyasət / İqtisadiyyat / Dünya

Azərbaycan ötən il Gürcüstanın ən iri dizel yanacağı tədarükçüsü olub

Azərbaycan ötən il Gürcüstanın ən iri dizel yanacağı tədarükçüsü olub
 
 
 
 
 
 

 

 

 
 
 
 
 
 
 
 

2021-ci ildə Gürcüstan Azərbaycandan 215 872 ton dizel yanacağı idxal edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə təxminən 1 ton çoxdur.

Azərbaycandan idxal qonşu ölkənin ümumi idxalının 38,4%-ni təşkil edib və ölkəmiz Gürcüstanın ən iri dizel yanacağı tədarükçüsü olub. Qonşu ölkənin ən iri benzin və dizel yanacağı tədarükçüsü isə Türkmənistan olub.

Ötən il Gürcüstan 561 526 ton dizel yanacağı idxal edib. Bu isə əvvəlki ilə nisbətən 0,7% azdır.