Gündəm / Cəmiyyət / Sosial

Himayədar valideynlərin vəzifələri müəyyənləşdi

Himayədar valideynlərin vəzifələri müəyyənləşdi

Himayədar valideynlərin vəzifələri müəyyənləşib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarına əsasən "Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə forması”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, himayədar valideynlərin vəzifələri aşağıdakılardır:

- mütəmadi olaraq Agentlik tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək;

- uşağı tərbiyə etmək, onun fiziki və psixi, mənəvi və əxlaqi inkişafının, sağlamlığının qeydinə qalmaq, uşağa ailə mühitində qayğı və nəzarəti təmin etmək;

- uşağın himayədar ailədə qaldığı müddətdə Agentliyin məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün əməkdaşlıq etmək;

- uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək zərurəti yarandıqda (şəxsi, ailə, istirahət, müalicə, təhsil) Agentliyin razılığını almaq;

- Agentliyin razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq;

- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmək və təsdiqedici sənədləri Agentliyə təqdim etmək;

- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmədikdə müavinətin məbləğini geri qaytarmaq.