Gündəm / Siyasət / Dünya

Paşinyan Rusiya ilə müttəfiqliyi mənasız hesab edir - KİV

Paşinyan Rusiya ilə müttəfiqliyi mənasız hesab edir - KİV

"Rusiya ilə müttəfiqlik mənasızdır”.

"Kanal14.az" Ermənistanın "Past” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bəzi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə ötən ayın əvvəlində keçirilən qapalı görüş zamanı bildirib.

Nəşrin yazdığına görə, Paşinyan ilk növbədə qeyd edib ki, hər kəsin şahidi olduğu kimi, xarici siyasət vektorunda dəyişikliklər var.

Baş nazir onu da bildirib ki, dəyişiklik rəsmi şəkildə elan olunmayacaq, çünki bir sıra xarici tərəfdaşlar, xüsusən də İran (Paşinyanın xüsusilə vurğuladığı kimi) ölkə siyasətində bu dönüşün əleyhinədir.