Gündəm / Siyasət / Dünya

Rusiya Beynəlxalq Ədalət Məhkəməsinə daxil edilmədi

Rusiya Beynəlxalq Ədalət Məhkəməsinə daxil edilmədi

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi yarandığı gündən ilk dəfə olaraq Rusiya Federasiyasının nümayəndəsini daxil etməyib.

"Kanal14.az" xəbər verir ki, Beynəlxalq təşkilatın "YouTube" kanalı tərəfindən yayımlanan hakimlərin seçilməsi ilə bağlı iclas noyabrın 9-da baş tutub.

2024-cü ilin fevralında beş hakimin - Kirill Gevorgyan (Rusiya), Joan Donoghue (ABŞ), Hilari Charlesworth (Avstraliya), Robinson (Yamayka), Mohamed Bennouna (Mərakeş) və Patrik Liptonun səlahiyyət müddətinin başa çatması səbəbindən məhkəmədəki beş vakant yer səsə qoyulub.

BMT Təhlükəsizlik Şurasında səsvermədən sonra Rusiya beynəlxalq məhkəməyə seçilməyib.