6-11-2023, 15:02
Gündəm/Dünya

Fələstinin baş naziri BMT-yə çağırış etdi

Fələstinin baş naziri BMT-yə çağırış etdi

Fələstinin baş naziri BMT-ni 1 iyunda qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ləğv etməyə çağırıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Fələstinin baş naziri Məhəmməd Ştayye açıqlayıb.

O, bu bəyanatı Fələstin-İsrail münaqişəsi zamanı Qəzza zolağında minlərlə azyaşlının qətlindən sonra verib. "Qəzza zolağında minlərlə uşağın öldürülməsindən sonra BMT-ni Uşaqların Müdafiəsi Gününü ləğv etməyə çağırıram".