Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial / Video

Bu evlər ucuzlaşacaq - VİDEO

Bu evlər ucuzlaşacaq - VİDEO

Əmlak bazarında çıxarışlı evlərin qiymətinin artacağı gözlənilir.

"Kanal14.az" Xezerxeber.az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ötən aydan başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub.

Bu səbəbdən də çıxarışsız torpaqlara və tikilməkdə olan fərdi evlərə tələbat qismən azala bilər. Bu isə həmin əmlakların qiymətlərinin düşməsinə, çıxarışlı evlərin isə bahalaşmasına səbəb ola bilər.

Sahəsi eyni olan evlərin qiymətində 2 dəfə artımın olacağı proqnozlaşdırılır.

''Çıxarışlı mülk əldə etməyin üstünlükləri çoxdur. Hər bir halda vətəndaşlara məhz belə mənzilləri almağı tövsiyə edirik'', - deyə ekspert əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: