Torpaq sahələrinin qiymətində ildən-ilə artım müşahidə edilir. Ekspertlərin sözlərinə görə, ötən illə müqayisədə bu il qiymət artımı 15-20 faiz civarındadır.

"Kanal14.az"ın məlumatına görə, Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bahalaşmaya əsas səbəb ildən-ilə tələbatın çoxalması, torpaq sahələrinin isə azalmasıdır. 

Suraxanı, Sabunçu və Qaradağ rayonları ərazisindəki torpaq sahələri daha ucuz qiymətə təklif edilir. Ən bahalı torpaq sahələri isə Nərimanov, Səbail və Nəsimi rayonlarının payına düşür. 

Ekspert əlavə edib ki, yaxın aylar ərzində qiymətlərdə dəyişiklik gözlənilmir.