Gündəm / Cəmiyyət / Hadisə / Dünya / İdman

Fələstinə dəstək verən Ənvər Əl Qazinin müqaviləsinə xitam verildi

Fələstinə dəstək verən Ənvər Əl Qazinin müqaviləsinə xitam verildi

Almaniyanın "Mainz 05” komandası daha əvvəl Fələstinə dəstək verdiyi üçün heyətdən kənarlaşdırılan futbolçusu Ənvər Əl Qazinin müqaviləsini ləğv edib.

"Kanal14.az" xəbər verir ki, klubdan verilən açıqlamada 28 yaşlı Mərakeş əsilli holland futbolçunun sosial şəbəkədəki şərh və paylaşımlarından sonra müqaviləsinə xitam verildiyi qeyd edilib. Ənvər Əl Qazi Almaniya komandası ilə 22 sentyabr 2023-cü ildə müqavilə imzalayıb.

Futbolçunu Fələstinə dəstək verən ilk postundan sonra heyətdən kənarlaşdıran klub rəhbərliyi danışıqlardan sonra Ənvər Əl Qazinin əfv olunduğunu açıqlayıb. Hücumçu iki gün əvvəl sosial media hesabında paylaşdığı paylaşımda fikirlərinin üstündə durduğunu bildirib.