Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları yerlərin tarixi adları yazılır

Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları yerlərin tarixi adları yazılır

"Biz tarixi torpaqlarımıza qayıdacayıq. Bunun alternativi yoxdur. Ermənistan dövlətindən tələbimiz odur ki, qayıdacağımız ərazilərdə bizim tarixi toponimzlərimiz bərpa olunmalıdır. Təbii ki, bunu ermənilərin insafına qoymamışıq".

"Kanal14.az" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli parlamentdə keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiya həyata keçirildikcə, həmin adların bərpası istiqamətində də konkret addımlar atırıq:

"Bu gün "ASAN xidmət" xətti ilə Qərbi Azərbaycanda doğulanlara şəxsiyyət vəsiqələri veriləndə, orada onların doğulduğu rayonların, kəndlərin tarixi adları bərpa olunur. Bu proses davam edir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını maddələr üzrə həyata keçirəcəyik. Bu, tarixi ədalətin bərpası və beynəlxalq hüquqa söykənən məsələdir. Hər bir insanın doğulduğu ərazilərdə yaşamaq hüququ var".