Cəmiyyət / Sosial

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Bəyanat yaydı

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Bəyanat yaydı 
Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının son günlər xaricdə soydaşlarımıza qarşı törədilən təxribatlarla bağlı BƏYANATI Ermənistan silahlı qüvvələrinin Tovuzda təxribat törətməsi və hərbçilərimizin layiqli cavab vermələrindən sonra növbəti dəfə daxili narazı qüvvələrin diqqətini yayındırmaq üçün Ermənistanın baş naziri Nikol Paşinyanın diqtəsi ilə erməni diaspor təşkilatlarının ölkə xaricində törətdiyi təxribatların, Azərbaycanın səfirliyinə, dipomatik nümayəndələrinə hücum cəhdərinin, zorakılıq hallarının qarşısı azsaylı qəhrəman oğul və qızlarımız tərəfindən qətiyyətlə alınmışdır.

Bu zaman xeyli sayda həmvətənlərimizə ciddi xəsarət yetirilmişdir… Ən ciddi hadisələr, çoxsaylı hücumlar ABŞ, Belçika, Rusiya və başqa ölkələrdə baş vermişdir. Dünya azərbaycanlılarının erməni barbarlığı qarşısında birləşdiyi bir zamanda həmişəki kimi xaricdən söyüş söyən, söyüş soyənlərə efir ayıran, efirində min bir yalan, böhtan yağdıran, ölkə daxilində olduğu kimi, ölkə xaricində də antixalq, antidovlət fəaliyyətini davam etdirən bu ünsürlər, daha da irəli gedərək ermənilərin başladığı təxribatı görməzdən gəlmiş, Azərbaycanı qarşıdurma yaratmaqda günahkar bilmişlər. Sevinc Osmanqızı, Milli Şuranın rəhbərliyinə daxil olan Cəmil Həsənli, Əli Kərimli və başqaları milli və dövlət maraqlarının əleyhinə çıxışlar etmiş, Azərbaycanın ünvanına ittihamlar səsləndirmişlər… Özünü muxifət liderlərindən hesab edən Rəsul Quliyev özünəməxsus məntiqlə, daha doğrusu məntiqsizliklə heç bir analoqu olmayan təklif vermişdir. O bildirmişdir ki, "Dağlıq Qarabağ Muxtar Vilayəti” ərazisində ermənilərin yaşadığı ərazi böyüklüyündə, lakin Ermənistan-Azərbaycan sərhədində onlara verilməsi məqsədəuyğun olardı və münaqişəyə son qoyulardı. Göründüyü kimi, Rəsul Quliyevi torpaq düşündürmür. Özünə məxsus olan əmlak kimi Azərbaycan torpaqlarını hərraca çıxarır. Bununla həm Milli Şura rəhbərliyində təmsil olunan Cəmil Həsənlinin, Əli Kərimlinin, eləcə də ölkədən kənarda yaşayan Rəsul Quliyevin və onların ətrafında olan bəzi insanların ölkəmizin mənafeyinə zidd hərəkət və bəyanatları davam etməkdədir və xalqımızda ikrah hissi doğurur. Qərbi Azərbaycan İcmasının İdarə heyəti Sevinc Osmanqızı, Cəmil Həsənli və Əli Kərimlinin, sabiq Ali Sovet sədri Rəsul Quliyevin və onların ətrafında olanların antixalq, antidövlət fəaliyyətlərinin, eləcə də təxribatçı ermənilərin xarici ölkələrdəki diplomatik missiya nümayəndələrimizə qarşı hücumlarını qətiyyətlə pisləyir və lənətləyirik. Belələri birdəfəlik bilməlidirlər ki, Azərbaycan xalqı son nəfərinə qədər dövlətinin və bu dövlətin Prezidenti İlham Əliyevin yanındadır, bu xalq və hakimiyyət birliyi sayəsində yaxın zamanlarda işğal altında olan torpaqlarımızın son qarışına qədər azad ediləcəyinə tamamilə əmindir.
(Yenigundem.az)