Gündəm / Siyasət / Dünya

Aİ-nin sammitində Azərbaycan və Ermənistana çağırış edildi

Aİ-nin sammitində Azərbaycan və Ermənistana çağırış edildi

Oktyabrın 26-27-də keçirilən Aİ sammitinin yekunu olaraq qəbul edilən qətnamədə Cənubi Qafqaza, xüsusilə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına toxunulub.

"Kanal14.az" xəbər verir ki, bu barədə məlumatda deyilir:

"Avropa Şurası Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsiplərinə əsaslanan davamlı və sabit sülhün bərqərar olmasının irəliləyişinə davamlı dəstəyini vurğulayır.

Avropa Şurası Qarabağ ermənilərinin, o cümlədən öz evlərinə qayıtmaq istəyənlərin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayır.

AŞ Brüsselin normallaşma prosesini dəstəkləyir və tərəfləri vicdanla məşğul olmağa və ilin sonuna qədər bu prosesi başa çatdırmağa çağırır".