Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Dünya

Balasanyan Ermənistanda çevriliş etməyi planlaşdırır

Balasanyan Ermənistanda çevriliş etməyi planlaşdırır

Qarabağ separatçılarının Təhlükəsizlik Şurasının keçmiş katibi Vitali Balasanyan Ermənistanda dövlət çevrilişi planlaşdırır. 

"Kanal14.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, Balasanyan "Vətən" partiyasının sədri Artur Vanetsyan ilə görüşərək Ermənistanda ofislər yaratmaq, Qarabağ ermənilərini birləşdirmək və Ermənistanda çevriliş təşkil etmək üçün pul istəyib.

Artur Vanetsyan Balasanyanın bu xahişini rədd edib. Daha sonra məlum olub ki, keçmiş separatçı daha bir neçə partiya sədrləri ilə əlaqələr qurub.