Gündəm / Cəmiyyət / Səhiyyə

Səfərbərlik Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ

Səfərbərlik Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həkim mütəxəssislər və tibb işçiləri üzrə vakansiya elan edib.

Bu barədə "Kanal14.az”a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, həkim-terapevt , həkim-nevropatoloq, həkim-psixiatr, həkim-otorinolarinqoloq, həkim-dermatoveneroloq, həkim-cərrah, həkim-oftalmoloq, həkim-rentgenoloq və texnik USM (ultrason müayinəsi) mütəxəssisi, elektrokardioqrafiya, exokardioqrafiya, elektroensefaloqrafiya-funksional diaqnostika vakansiyalar üzrə müraciət etmək istəyənlər info@seferberlik.gov.az elektron poçtuna yaza və ya anket (https://exidmet.seferberlik.gov.az/UnregisteredApp.../Create) doldura bilərlər.

Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunu yazmaq mütləqdir.

Ətraflı məlumat üçün 9100 Çağrı Mərkəzinə zəng vura bilərsiniz.