Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Saakaşvilidən Ruben Vardanyanın həbsi ilə bağlı AÇIQLAMA

Saakaşvilidən Ruben Vardanyanın həbsi ilə bağlı AÇIQLAMA

"Ətrafımızda xeyirlə şər arasında qarşıdurma gedir. Azərbaycan Rusiyanın Ukraynadakı təcavüzünə fəal dəstək verən milyarder Ruben Vardanyanı həbs edib. "Artsaxın xarici işlər naziri” - qondarma dövlətlər "Cənubi Osetiya" və "Abxaziya Respublikası” ilə münasibətlərini fəal şəkildə inkişaf etdirən Davit Babayan da saxlanılıb”.

"Kanal14.az" xəbər verir ki, bu fikirləri Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili bildirib.

Saakaşvili qeyd edib ki, bu gün artıq yuxarıda adı çəkilən işğal olunmuş ərazilər - "Cənubi Osetiya" və "Abxaziya Respublikası” öz tərəfdaşlarını itirib. Çünki qondarma "Artsax” özünü ləğv etdiyini açıqlayıb.