Dünya

Saakaşvili Tiflisə qayıtmaq üçün şərtini açıqladı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkədə iğtişaşlar və qarşıdurma yaranmayacağı təqdirdə vətəninə qayıdacağını və yalnız sülh yolu ilə hakimiyyətə gələ biləcəyini bəyan edib.

Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, M.Saakaşvilli bu barədə mətbuata açıqlama verib.

"Çoxları Gürcüstana nə zaman qayıdacağımı soruşur. Səfər etməyim heç bir qarşıdurma yaratmayacağı təqdirdə vətənimə gələcəyəm. Vaxtilə rəhbərliyi sülh yolu ilə digərlərinə vermişəm, hazırda da iğtişaşlarla hakimiyyətə gəlmək fikrində deyiləm”, - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, daha əvvəl Saakaşvili Feysbuk hesabındakı videomüraciətində Ukraynaya "ikinci evi” kimi təşəkkürünü bildirib və vətənə qayıtmaq niyyətində olduğunu vurğulayıb.

O, baş nazirliyə namizədliyini irəli sürənlərə də minnətdarlıq edib və yalnız iki il baş nazirlik etməyə hazır olduğunu deyib.