Gündəm / Cəmiyyət

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

QHT sektorundakı neqaivlərin ifşası davam edir. Bu dəfə də əslində hüquqi baxımdan araşdırılması vacib olan faktlar təqdim olunmaqdadır.

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT sektorunu silkələməkdə davam edir.

"Kanal14.az"ın DİA.AZ-a istinadən məlumatına görə, İSBAM sədri bu qəbildən olan növbəti araşdırma materialı ilə çıxış edib. Həmin araşdırmanı təqdim edirik:

"İnanıram ki, QHT Agentliyi layihəsinin adında 3 "və” bağlayıcısı olan bu təşkilata qrant ayıranda ciddi süzgəcdən keçirib (layihəsi keçməyən QHT-lərə həmişə elə deyirlər, bizdə ciddi ekspertiza və qərarqəbuletmə prosesi var).
Çox istəyirəm ki, bir QHT rəhbəri kimi bu tədbirdə iştirak edim, baxım görüm Azərbaycanın beynəlxalq nüfuzunun Yaponiyada daha da artırılmasında hər iki ölkənin QHT-lərin rolu necə təşviq olunacaq.
Hər zaman medianı izləyən biri kimi, bu il maliyyələşdirilən layihələrin əksəriyyətini mətbuatda görmürəm.
Bu məsələdə mətbuatı qətiyyən qınamaq olmaz, çünki onlar yuxarıda qeyd etdiyim layihələri görüb nəyi işıqlandıracaqlar. Vəziyyət həqiqətən acınacaqlıdır".

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...